Azərbaycan Tibb elminə ağır itki üz verib.
News365.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti (ATU) məlumat yayıb.
Bildirilib ki, ATU-nun Biokimya kafedrasının nəzdində Problem Elmi Tədqiqat laboratoriyasının müdiri, kafedranın dosenti Mehman Quliyev dünyasını dəyişib.
Onun uzun sürən ağır xəstəlikdən sonra vəfat etdiyi bildirilir./publika
