AZ

“Vilayət Eyvazova müraciət etmişdim, dərhal reaksiya verildi”

“Bir neçə saat əvvəl daxili işlər naziri Vilayət Eyvazov cənablarına müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verilməklə, məni narahat edən halların aradan qaldırılması polis əməkdaşları tərəfindən təmin olundu”.

Publika.az xəbər verir ki, bunu Əməkdar jurnalist Afət Telmanqızı mənzilinin kirayəşin tərəfindən qarət edilməsi ilə bağlı operativ reaksiyaya görə DİN rəhbərinə təşəkküründə bildirib.

“İnsanı məmnun edən dəyərlərdir, qayğıdır. Bu gün bu dəyərin, qayğının, göstərilən münasibətin bir daha şahidi oldum. Müraciətimə diqqətli yanaşıldığına görə təşəkkür edirəm!”, - deyə, o sosial şəbəkə hesabında yazıb.

Seçilən
37
11
publika.az

10Mənbələr