Rusiyanın xarici işlər naziri Sergey Lavrov və vitse-prezident Yuri Uşakovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti, Amerika nümayəndə heyəti ilə ikitərəfli danışıqlara başlamaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib.
Bu barədə Rusiyanın rəsmi "Russia Today" telekanalı məlumat verib. Məlumatda "Xarici işlər naziri Sergey Lavrov və vitse-prezident Yuri Uşakovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Amerika nümayəndə heyəti ilə ikitərəfli danışıqlara başlamaq üçün Ər-Riyada gedib", - deyə vurğulanıb.
Məlumatda həmçinin Yuri Uşakovun "Ən vacib məsələ bizimlə Vaşinqton arasında münasibətlərin normallaşmasının təmin edilməsidir. Orada ciddi insanlar var və biz ciddi yanaşma ilə gəlmişik" dediyi bildirilib.