AZ

Məşhur futbolçunun evi qarət olundu

Fransa millisinin sabiq futbolçusu Olivye Jirunun evi qarət olunub.

Bakıvaxtı.az "TMZ Sports"a istinadən xəbər verir ki, hazırda ABŞ-nin "Los-Anceles" klubunda çıxış edən 38 yaşlı hücumçunun evindən oğurluq edilib.

Onun həyat yoldaşı aidiyyəti qurumlara məlumat verib.

Oğurlanan əşyalar arasında 10-dan çox saat da olub. Onların ümumi dəyəri təxminən 500 min dollar təşkil edir.

Hələlik həmin şəxslərin kimliyi müəyyən olunmayıb, polis məsələ ilə bağlı araşdırmaları davam etdirir.

Seçilən
10
5
bakivaxti.az

6Mənbələr