AZ

Hamlet İsaxanlı: Süni intellekti izləmək və tətbiq etmək məcburiyyətindəyik



Süni intellektin ortaya qoyduğu yeni məzmun hesabına insan həyatını dəyişmək mümkün olur.

“Report” xəbər verir ki, bunu Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı universitetdə “Texnologiya geosiyasəti” mövzusunda keçirilən akademik seminarda deyib.

O qeyd edib ki, texnologiyanın siyasətdə təsiri çox mühüm və yeni bir cərəyandır.

"Süni intellektin həyatımızın dəyişməsində fövqəladə gücü olduğunu görürük. Biz də onu izləmək, anlamaq və mümkündürsə, tətbiq etmək məcburiyyətindəyik”, - professor bildirib.

H.İsaxanlı vurğulayıb ki, dünyada hədsiz məlumat bazası mövcuddur və insan həmin məlumatı analiz etməyə qadir deyil:

“İnsan zəkası hesabına fiziki olaraq bacarmadığı şeyləri yaradıb. İnsan tarixən şahmat kimi zəka oyununu oynayıb. Ancaq bu gün süni intellekt şahmatı insandan daha güclü oynayır. Dünyada hədsiz məlumat bazası mövcuddur və insan həmin məlumatı analiz etməyə qadir deyil. Süni intellekt isə bunu etməyə qadirdir. Süni intellekt bu gün həm də yeni məzmun yarada bilir. Bu məzmunla həyatımızı dəyişirik”.
Seçilən
19
2
newscenter.az

10Mənbələr