1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dünya şöhrətli müğənni Şakira yerləşdirildiyi xəstəxanadan buraxılıb.
Oxu.Az thevoicemag.ru-ya istinadla xəbər verir ki, hotelə qayıdan pop ulduz sözügedən məkandan çıxan zaman kameralara tuş gəlib. Şakiranın yaxşı və sağlam görünüşü diqqətdən qaçmayıb.
Müğənni hər kəsə göstərdiyi anlayışa görə təşəkkür edib.
Qeyd edək ki, Şakira qarın nahiyəsində ağrılar səbəbindən Perunun paytaxtı Limadakı xəstəxanaların birinə yerləşdirilmişdi. Dünya turnesi çərçivəsində Limada konsert proqramı ilə çıxış etməli olan müğənni səhhətindəki problemlər səbəbindən konserti təxirə salmağa məcbur olmuşdu.


