AZ

Daha bir qanunsuz tikili söküldü - Video

Ölkə ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Ölkə.az-a verilən məlumata görə, Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən Ağcabədi-Ağdam avtomobil yolunun rayonun Şərəfxanlı kəndi ərazisindən keçən hissəsinə yaxın yerdə vətəndaş Ələmdar Məmmədzadə tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. Bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Seçilən
52
28
olke.az

10Mənbələr