AZ

Qaynını öldürməkdə təqsirli bilinən şəxs 18 il azadlıqdan məhrum olunub

Qaynını öldürməkdə təqsirli bilinən Həsən Həsrətovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Həsən Həsrətov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı onun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 2-də Nizami rayonu Qara Qarayev prospektində baş verib. 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırma tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1980-ci təvəllüdlü Həsrətov Həsən Məmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin istintaqda Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qaynı Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Seçilən
28
11
apa.az

10Mənbələr