Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransından qayıdarkən Tbilisi beynəlxalq hava limanında yumurta hücumuna məruz qalıb.
“Cebeinfo.az” bu barədə “TV Pirveli”-yə istinadən xəbər verir.
“Zurabişvili bu yaxınlarda Münhen Konfransından qayıdanda bir qrup şəxsin hədəfinə çevrilib. Zurabişviliyə Tbilisi hava limanında yumurta atıblar”, – deyə bildirilir.
Ötən gün naməlum şəxslər Tbilisi beynəlxalq hava limanında müxalifətçi Qaxariyaya da yumurta atıblar. O da Münhendən qayıdırdı. Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.