AZ

Məşhur futbolçunun evi qarət olunub

“Los-Anceles” klubunun və Fransa yığmasının hücumçusu Olivye Jirunun evi qarət edilib.

AZƏRTAC xəbər verir ki, “TMZ Sports” portalının məlumatına görə, aralarında 10-dan çox bahalı saatın da olduğu oğurlanan əşyaların dəyəri təxminən 500 min dollar həcmində qiymətləndirilir. Hələlik qarətçinin şəxsiyyəti müəyyən olunmayıb. Polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, 38 yaşlı Olivye Jiru 2024-cü ilin iyulundan “Los-Anceles” klubunun şərəfini qoruyur. O, əvvəllər İtaliyanın “Milan”, İngiltərənin “Çelsi” və “Arsenal”, Fransanın “Monpelye”, “Tours” və “Qrenobl” klublarında çıxış edib. 2021-2022-ci il mövsümündə “Milan” klubunun heyətində İtaliya çempionluğunu, “Arsenal” klubu ilə dörd dəfə İngiltərə kubokunu və üç dəfə Superkuboku qazanıb, 2020-2021 mövsümündə “Çelsi” ilə Çempionlar Liqasının qalibi olub.

Jiru Fransa milli komandasında 137 oyun keçirib, 57 qol vurub və 7 məhsuldar ötürmə edib. Milli komandanın tarixində ən çox qol vuran futbolçu 2018-ci ildə dünya çempionluğunu qazanıb.

Seçilən
31
1
yeniazerbaycan.com

2Mənbələr