Bakı, TurkicWorld
Türkiyə 2025-cü ilin yanvar ayında İrana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz azalaraq 3 milyon 38 min 61 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 16 milyon 280 min 629 dollar məbləğində polad ixrac edib.
Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına polad ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 12,4 faiz artaraq, 1 milyon 251 min 740 dollara bərabər olub.
Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,7 faiz artaraq, 16 milyard 149 milyon 331 min dollara bərabər olub.