Demokrat.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.
Qeyd olunub ki, daxil olan vətəndaş müraciətlərində son zamanlar Türkiyə və Çindən istifadəçinin ünvanına çatdırılma həyata keçirən poçt rabitəsi operatorları daşıma şərtlərini pozaraq istifadəçilərdən poçt göndərişlərini poçt obyektindən təhvil almalarını təklif edirlər. Bu təkliflər ya SMS şəklində, ya da birbaşa zəng şəklində edilir.
Müvafiq poçt rabitəsi operatorlarının rəhbər şəxsləri İKTA-ya dəvət edilib və onlarla qeyd edilən şikayətlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı mövcud qanunvericiliyin tələbləri bir daha xatırladılaraq, nöqsanların qısa zamanda aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib.
Bildirilib ki, daşıma şərtlərinə zidd SMS-lərin göndərilməsi dayandırılmalıdır. Qeyd olunub ki, müştəri onlayn alış-veriş zamanı evə çatdırılma seçərək ödəniş etdiyi halda poçt operatorunun evə çatdırılmanı müxtəlif vasitələrlə əngəlləməsi yolverilməzdir və bu, operatorun əlavə qazanc əldə etməsinə şərait yaratmaqla məsuliyyət yaradan hal hesab edilə bilər.
10Mənbələr
-
avtosfer.azKarqo şirkətlərinə xəbərdarlıq edildi ( 15558159)
-
news24.azDaşıma şirkətlərinə xəbərdarlıq edildi ( 15541125)
-
demokrat.azKarqo şirkətlərinə xəbərdarlıq edildi ( 15544077)
-
bizim.mediaKarqo şirkətlərinə xəbərdarlıq edildi ( 15543961)
-
sia.azOperatorlara xəbərdarlıq edilib ( 15543517)
-
azertag.azPoçt göndərişlərini ünvana çatdırmaqdan imtina edən operatorlara xəbərdarlıq edilib ( 15543433)
-
tribunainfo.azKarqo şirkətlərinə xəbərdarlıq edildi ( 15542379)
-
ucnoqta.azPoçt rabitəsi operatorları İKTA-ya çağrıldı - XƏBƏRDARLIQ EDİLDİ ( 15541831)
-
konkret.azKarqo şirkətlərinə xəbərdarlıq edildi ( 15541115)
-
bakivaxti.azDaşıma şirkətlərinə XƏBƏRDARLIQ EDİLDİ ( 15540459)