AZ

Ər-Riyadda Rusiya-ABŞ danışıqları başlayıb

Bakı, 18 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksəksəviyyəli Rusiya-ABŞ nümayəndələrinin danışıqları başlayıb.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, danışıqlarda Moskvanı xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edirlər. Onlarla üzbəüz üç amerikalı nümayəndə - Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts, dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff əyləşiblər.

İki ölkə nümayəndələrinin görüşü kral ailəsinin Albasatin kompleksindəki Diriya sarayında mətbuatın iştirakı ilə başlayıb.

Görüşdə ikitərəfli münasibətlərin bütün kompleksinin bərpası, həmçinin Rusiya və ABŞ liderlərinin sammitinə hazırlıq və Ukraynada nizamlanma üzrə mümkün danışıqların müzakirəsi planlaşdırılır.

Seçilən
38
3
azertag.az

4Mənbələr