AZ

Patruşev: "Qərb Qara və Baltik dənizlərini NATO sularına çevirmək istəyir"

BunuRusiya Dəniz Kollegiyasının rəhbəri, Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev aif.ru-ya müsahibəsində deyib.

Baltik kabelini zədələyən gəmi saxlanıldı:Ekipajı ruslardır
"Onlar Avropa ölkələrində qanunvericiliyə bəzi dəyişiklikləri tətbiq etməyə çalışırlar. Bu, əslində gəmilərin ətraf mühitə və dəniz infrastrukturuna hipotetik ziyan vura biləcəyinə dair ən kiçik bir şübhə ilə Baltik dənizində Rusiya gəmilərinin həbsini nəzərdə tutan dəyişikliklərdir",- Patruşev qeyd edib.

Rusiya rəsmisi onu da vurğulayıb ki, Qərb ölkələri Ukraynanı özlərinin “protektoratına” çeviriblər ki, bu da anti-Rusiya təcavüzü hazırlamaq üçün tramplin olub.

Rusiya liderinin köməkçisi əlavə edib ki, bu yanaşma ilə Ukraynanın dövlətçiliyi o qədər sarsılıb ki, bu gün o, yalnız Qərb müttəfiqlərinin dəstəyinə arxalanır.
Tural Tağıyev
AzVision.az

Seçilən
50
azvision.az

1Mənbələr