AZ

Tayson Parkinson xəstəliyinə tutulub? - YENİLƏNİB

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson Parkinson xəstəliyinə tutulub.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə yutuber Ceyk Pol məlumat yayıb. 

O bildirib ki, əfsanəvi boksçu uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir. 

C.Pol ötən il noyabrın 16-da M.Taysona qarşı keçirdiyi görüşdən öncə rəqibinin dərman qəbul etdiyini də açıqlayıb. 

Qeyd edək ki, boksçular arasında keçirilən qarşılaşma C.Polun qələbəsi ilə yekunlaşıb. 

***

“TMZ” kanalının məlumatına görə, M.Taysonun nümayəndələri idmançının Parkinson xəstəliyindən əziyyət çəkməsi barədə yayılan məlumatı təkzib ediblər. 

"Cebheinfo.az"

Seçilən
42
8
cebheinfo.az

9Mənbələr