AZ

Fərid Qayıbov daha bir vəzifəsindən uzaqlaşdırıldı

Fərid
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. IX Hesabat-seçki baş məclisində növbəti 4 il müddəti üçün İcraiyyə Komitəsi üzvlərinin adları müəyyənləşib. Azərbaycan Prezidenti İlham Əliyev baş məclisdə növbəti dəfə MOK-un prezidenti seçilib.
1news.az-ın məlumatına görə, Prezident İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər. İcraiyyə Komitəsinin yeni tərkibində dəyişikliklərdən biri vitse-prezident postu ilə bağlı olub. Belə ki, əvvəlki dövrdə bu vəzifəni tutan Fərid Qayıbovun yerinə Fərid Mansurov vitse-prezident seçilib. Qeyd edək ki, Fərid Mansurov 2004-cü ildə Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Xatırladaq ki, bundan əvvəl Fərid Qayıbov III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin rəhbəri vəzifəsini itirib. Onun yerinə Baş nazirin müavini Samir Şərifov təyin edilib, Fərid Qayıbov isə onun müavini olub.

Seçilən
19
11
1news.az

10Mənbələr