Səudiyyə Ərəbistanında ABŞ-Rusiya dialoqu başlayıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Artıq hər iki tərəf Ər-Riyadda danışıqların aparılacağı məkana gəlib.
Görüşdə ABŞ-ni dövlət katibi Marko Rubio, Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov və Vladimir Putinin köməkçisi Yuri Uşakov təmsil edirlər.