AZ

“QARABAĞIN TURİZM-REKREASİYA POTENSİALI” kitabı nəşr edilib

Bakı şəhəri                                                                            18 fevral  2025-ci il

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun "Qarabağın turizm-rekreasiya potensialı" adlı yeni nəşri Azərbaycan və rus dilində dərc edilib.

Monoqrafiyanın müəllifləri İnstitutun icraçı direktoru dosent Zaur İmrani və aparıcı elmi işçisi, c.ü.f.d. Kəmalə Zeynalovadır.

Monoqrafiya Qarabağın turizm-rekreasiya potensialının (təbii və tarixi-mədəniyyət abidələri timsalında) öyrənilməsinə, onların ərazi daxilində yayılmasına və istifadə imkanlarının müəyyən olunmasına həsr edilib. Kitabda turizm-rekreasiya ehtiyatlarının istifadəsi zamanı yaranan və yarana bilən problemlər araşdırılıb, onların aradan qaldırılması yolları müəyyən edilib.

Coğrafiyaçılar, iqtisadçilar, turizm sahəsində çalışanlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan monoqrafiya Qarabağın inkişafında, turistlərin regiona cəlb olunmasında, turizm infrastrukturunun genişləndirilməsində, yerli əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında və s. istifadə edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
4
olaylar.az

5Mənbələr