İspaniya La Liqasının 24-cü turunun “Rayo Valyekano” ilə oyunu “Barselona”nın 17 yaşlı futbolçusu Lamin Yamal üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, yeniyetmə vinger karyerasında 100-cü matçını keçirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yamal bu görüşlərin 83-də Kataloniya klubunun, 17-də isə İspaniya yığmasının heyətində meydana çıxıb.
Futbolçu “Barselona”dakı debütündən bəri artıq 18 qol və eyni sayda məhsuldar ötürməyə imza atıb. İspaniya yığmasının heyətində isə 3 qol və 8 məhsuldar ötürməyə müəlliflik edib.
Xatırladaq ki, “Barselona” hazırda 51 xalla La Liqada turnir cədvəlinə başçılıq edir.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 11 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 83 oyun, 18 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamalın transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.