AZ

"Baku Medical Plaza Medilux"da plastik cərrahiyyə təlimləri uğurla başa çatdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Baku Medical Plaza" Klinikalar şəbəkəsinin "Medilux" filialında xarici mütəxəssislər üçün plastik cərrahiyə mövzusunda təlimlər başa çatıb.
"Baku Medical Plaza" Klinikalar şəbəkəsi plastik cərrahiyyə sahəsində müasir texnologiyaların tətbiqini genişləndirmək, yerli və xarici mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək istiqamətində mühüm layihələrini davam etdirir.
Növbəti təlim Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində akkreditasiyadan keçmiş "Azərbaycan Estetik Təbabət Assosiasiyası" İctimai Birliyi (www.aeta.az) və müasir lazer texnologiyalar sahəsində ixtisaslanmış "Proline İnnovation Group" şirkətinin tərəfdaşlığı ilə "Baku Medical Plaza Medilux" klinikasında keçirilib. Estetik təbabət sahəsində "Radiodalğalı texnologiyalarla bədən konturlaması əməliyyatları" mövzusuna həsr olunan təlimdə Gürcüstandan və Rusiyadan 10-a yaxın mütəxəssis iştirak edib. Klinikanın plastik cərrahı Dr. Nərgiz Əhmədova iştirakçılara müasir radiodalğalı texnologiyaların tətbiqi ilə bədən konturlama üsulları barədə geniş məlumat verib. Təlim çərçivəsində plastik cərrahiyyə sahəsinin özəllikləri və müasir texnologiyaların tətbiqi mövzusunda müzakirələr aparılıb.
Seçilən
112
50
oxu.az

10Mənbələr