AZ

Bir çətirin altında...

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

"Unikal"ın məlumatına görə, liderlərin Atatürkün məzarı ziyarət olunarkən çəkilmiş fotosu dünya mediasının gündəminə çevrilib. Ərdoğan və Zelenskinin eyni çətirin altında bir araya gəlməsi Ukrayna prezidentinin türkiyəli həmkarına sığınması kimi dəyərləndirilib. Türkiyə mediası fotonu "Oyundan kənar qalan Zelenski Ərdoğana sığındı" deyə şərh edib. 

Belə ki, Ərdoğan görüşdən sonra verdiyi açıqlamalarda Ukraynanın suverenliyini Türkiyənin "olmazsa, olmaz"ı adlandırıb. 

"Biz Ukraynanın ərazi bütövlüyünün tərəfdarıyıq. Türkiyə olaraq bu məsələyə hörmətimizi hər yerdə izah etmişik. Ukraynanın ərazi bütövlüyü bizim üçün vazkeçilməzdir. Onun suverenliyi bizim üçün vazkeçilməzdir. Sülhün uduzan tərəfi yoxdur. Hazırda Rusiya ilə Ukrayna arasında gedən bu müharibədə bütün dünya sülh gözləyir", - deyə Türkiyə lideri bildirib. 

Zelenski də öz növbəsində "Münasibətlərimiz həmişə olduğu kimi yüksək səviyyədədir, buna görə Türkiyə Prezidentinə və türk xalqına təşəkkür edirəm. Dəstəyə görə minnətdarıq. Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələlərində həmişə prinsipial olub" deyib. 

Nuranə Abbasova

Seçilən
88
50
unikal.az

10Mənbələr