AZ

FHN Lənkəranda təlim keçirib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən "Lankaran Springs Wellness Resort" otelində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən Herbiand.az-a bildirilib ki, təlimin keçirilməsində məqsəd otel heyətinə mümkün fövqəladə hallar, o cümlədən yanğınlarla əlaqədar zəruri davranış qaydalarının aşılanması, habelə yanğın-xilasetmə qüvvələrinin peşəkar vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlimə FHN-in yerli strukturlarının qüvvə və vasitələri və otelin əməkdaşları cəlb edilib. Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hallar, o cümlədən yanğınların qarşısının alınması, bu zaman zəruri davranış qaydaları və təxliyə barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Praktiki hissədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın məlumatı əsasında otelin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin və qonaqların “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara “təxirəsalınmaz ilkin yardımın” göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.

Uğurla keçən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.



Seçilən
11
8
herbiand.az

9Mənbələr