AZ

Erməni əsgərin ölümü ilə bağlı bəzi detallar açıqlandı

Ermənistan ordusunun ötən gün ölən hərbçisi barədə bəzi məlumatlar açıqlanıb.

Olaylar.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 17-də saat 09:20 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Sevak Vardanoviç Ovannisyanın üzərində güllə yarası olan meyiti aşkar edilib.

Ermənistan xəbərinə görə, güllə yarasından ölən əsgər Sevak Hovhannisyan 20 yaşında idi və 2024-cü ilin yayında orduya çağırılıb.

O, əslən Kotayk rayonunun Razdan şəhərindən idi. Ovannisyanın bir qardaşı var.

Sevak Ovhannisyanın ölümü ilə bağlı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
Bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib. (modern.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
2
olaylar.az

3Mənbələr