Ər-Riyadda Rusiya və ABŞ arasında aparılan danışıqlarda kiçik fasilə elan edilib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Qeyd edək ki, kral ailəsinə məxsus "Əlbasatin" kompleksindəki "Diriyah" sarayında aparılan danışıqlar Rusiya-ABŞ münasibətlərinin bərpasına və Ukrayna məsələsinə həsr olunub.