
Heftelik.az-ın Bakupost-a istinadən verdiyi məlumata görə, buna səbəb onun məktəbdə keçirilən imtahanda aşağı nəticə göstərməsi olub.
Məsələ ilə bağlı 210 saylı məktəbdən şagirdin vəfat etdiyini təsdiqləsələr də, hadisənin intihar olduğunu təkzib etdilər:
“İntihar etməyib, yalan söhbətdir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər, araşdırma aparılır”.
Qeyd edək ki, şagirdin fevralın 15-də özünə qəsd etdiyi bildirilir. İntihar edən şagird rayonlardan birində dəfn edilib.