İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə AzNews.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova indoneziyalı həmkarı ilə görüşüb. Görüşdə APA-nın Asiya parlamentlərini birləşdirən mühüm parlament platforması olduğu qeyd edilərək Bakının ev sahibliyi ilə keçirilən 15-ci plenar sessiyada bir sıra vacib məsələlərin müzakirə olunacağı diqqətə çatdırılıb. Bu cür tədbirlərin ikitərəfli əlaqələrin müzakirəsi və genişləndirilməsi baxımından da əhəmiyyəti vurğulanıb.