AZ

Fərid Qayıbov vəzifəsini itirdi

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti postunu itirib. Bununla bağlı MOK-un İcraiyyə Komitəsinin bu gün yeni tərkibdə keçirilən ilk iclasında qərar verilib.

 

F.Qayıbovu vitse-pezident postunda güləş üzrə olimpiya çempionu Fərid Mansurov əvəzləyib.

 

Qurumun digər vitse-prezidentləri vəzifəsini əvvəlki kimi, Çingiz Hüseynzadə və Zemfira Meftahəddinova icra edəcək. Baş katib postuna isə yenidən Azər Əliyev seçilib.

 

Qeyd edək ki, bu gün MOK-un Baş Məclisinin IX hesabat-seçki konfransında dövlət başçısı İlham Əliyev növbəti 4 il müddətinə prezident postuna seçilib.

 

Offsideplus.az

Tarix: 18 Fevral 2025, 14:37   
Seçilən
30
3
pravda.az

5Mənbələr