Bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, üç saata yaxın davam edən danışıqlardan sonra heç bir birgə bəyanat imzalanmayıb.
Telekanalın məlumatına görə, bu, Ukraynaya hərbi kontingentin göndərilməsi ilə bağlı iştirakçılar arasında yaranan fikir ayrılığı ilə bağlı ola bilər.
Tədbiri ilk tərk edən Almaniya kansleri Olaf Şolz jurnalistlərlə söhbətində etiraf edib ki, Ukraynaya yardımın gələcək maliyyələşdirilməsinə Avropa ölkələrində büdcə kəsirləri problemi mane olur.
Onun sözlərinə görə, Aİ ölkələrinin öz sənaye və sosial sferasına zərər vermədən Kiyevə gələcək dəstək yalnız ayrıca maliyyələşdirmənin təşkili ilə mümkündür.
O, həmçinin Ukraynaya mümkün sülhməramlı missiyada iştirak etmək üçün Avropa qoşunlarının göndərilməsi ilə bağlı müzakirələrə mənfi münasibətini gizlətməyib və bu cür müzakirələri tamamilə tez adlandırıb.
Qeyd edək ki, Fransa Pprezidenti Emmanuel Makron Almaniya, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarka, eləcə də artıq Avropa İttifaqının üzvü olmayan Böyük Britaniya liderlərini Parisdə qeyri-rəsmi görüşə dəvət edib.
İclasa bu ölkələrdən nümayəndələrlə yanaşı, Avropa Komissiyası və Avropa Şurasının prezidentləri, NATO-nun baş katibi dəvət olunub.
4Mənbələr
-
demokrat.azAvropa liderlərinin Ukrayna görüşündən hansı nəticə çıxdı? — Təfərrüatlar ( 15547765)
-
yeniavaz.comAvropa liderlərinin Ukrayna görüşündən hansı nəticə çıxdı? – Təfərrüatlar ( 15545773)
-
yeniavaz.comAvropa liderlərinin Ukrayna görüşündən hansı nəticə çıxdı? – Təfərrüatlar ( 15544339)
-
yeniavaz.comUkrayna üzrə qeyri-rəsmi görüşdən hansı nəticə çıxdı? – Təfərrüatlar ( 15544203)