AZ

Azərbaycan yanvarda xaricdən 9,1 milyon dollarlıq - ƏT ALIB

Bu ilin yanvar ayında Azərbaycana 9 milyon 93 min ABŞ dolları dəyərində 4 min 091 ton ət idxal edilib.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 310 ton  və ya 7,2 % azdır, dəyər baxımından isə 551 min ABŞ dolları və ya 6,4 % çoxdur.

Ötən ilin yanvar ayında Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 411 ton ət idxal edilib.

Bu dövrdə idxal edilmiş ətin kiloqramının orta idxal dəyəri 3,78 manata bərabər olub ki, bu da illik 49 qəpik (15%) bahalaşma deməkdir.

Ötən ilin eyni dövründə isə bu göstərici 3,29 manata bərabər olub.

Ət idxalı Azərbaycanın ümumi idxalının 0,4 %-ni təşkil edib.

Seçilən
13
fed.az

1Mənbələr