AZ

Bu il "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi gözlənilir

Bu ilin sonuna ACWA Power şirkəti tərəfindən tikilən "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının turbinlərinin quraşdırılması və istismara verilməsi gözlənilir...

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasına təşkil olunmuş media-tur zamanı deyib.

O bildirib ki, layihə AbşeronXızı rayonlarında, ümumilikdə 36 hektar ərazidə həyata keçirilir. 12 külək turbinindən ibarət hissə ümumi gücü 78 MVt olmaqla Abşeron rayonunun, 25 külək turbinindən ibarət olan 162 MVt-lıq hissə isə Xızı rayonunun ərazisində yerləşəcək.

"Abşeronda illik 300 milyon kilovat-saatdan, Xızıda isə 600 milyon kilovat-saatdan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır" - deyə Cavid Abdullayev qeyd edib.

Poliqon.info

Seçilən
21
4
poliqon.info

5Mənbələr