1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Haber Global" televiziya kanalında bu saatlarda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda davam edən ABŞ-Rusiya danışıqları təhlil edilib.
Oxu.Az xəbər verir ki, verilişin qonaqları siyasi ekspert İlyas Bozkurt və jurnalist Güngör Yavuzaslan olub.
Verilişdə ABŞ və Rusiya rəsmilərinin görüşündə əldə ediləcək nəticələrin Rusiya-Ukrayna münaqişəsinə təsirləri müzakirə olunub.
"Biz dəfələrlə qeyd etmişik, Donald Trampla Vladimir Putin arasında şəxsi münasibətlər var. Donald Tramp 1990-cı ildə Rusiya sərmayəsi ilə varlanmış iş adamıdır, üstəlik, rusiyalı oliqarxlarla çox yaxın münasibətləri var. Bu səbəbləri əsas götürərək, Donald Trampın prezident seçiləcəyi təqdirdə Moskvanın rahatlanacağını dəfələrlə söyləmişdik", - deyə siyasi ekspert İlyas Bozkurt vurğulayıb.
Ekspert fikrinin davamında qeyd edib ki, hazırda ABŞ və Rusiya arasında davam edən təmasların əsas məqsədi Vladimir Putinlə Donald Trmpın görüşü üçün zəmin hazırlamaqdır.