AZ

Ər-Riyadda Rusiya-ABŞ danışıqları bərpa edilib -YENİLƏNİB

Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqlar fasilədən sonra bərpa edilib.

Bu barədə “İki sahil” Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, fasilə 15 dəqiqə davam edib.

***

Ər-Riyadda Rusiya və ABŞ arasında aparılan danışıqlarda kiçik fasilə elan edilib.

“İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Hazırda qısa fasilə elan olunub, daha sonra tərəflər danışıqlar prosesinə davam edəcəklər. Danışıqların detalları, tərəflərin mövqeləri ilə bağlı çoxlu suallarımız var", - M.Zaxarova bildirib. Onun sözlərinə görə, xarici işlər naziri Sergey Lavrov iki ölkə nümayəndə heyətləri arasında danışıqlardan sonra media ilə ünsiyyətdə olacaq.

Qeyd edək ki, kral ailəsinə məxsus "Əlbasatin" kompleksindəki "Diriyah" sarayında aparılan danışıqlar Rusiya-ABŞ münasibətlərinin bərpasına və Ukrayna məsələsinə həsr olunub.

Seçilən
22
2
ikisahil.az

3Mənbələr