AZ

Zelenski Ankarada Ukraynanın yeni səfirlik binasının açılışında iştirak edib

Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada ölkəsinin yeni səfirlik binasının açılış mərasimində iştirak edib.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, mərasimdə Ukrayna liderinin həyat yoldaşı Yelena Zelenskaya da iştirak edib.

V.Zelenski diplomatik missiyaya yeni səfir Nariman Cəlalın rəhbərlik edəcəyini elan edib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə gəlmək mənim üçün şərəfdir. Bu, nümayəndə heyətimizin belə sınaq anlarında vacib, rəsmi səfəridir", - V.Zelenski açılış mərasimində bildirib.

Məlumat yenilənir

Seçilən
13
5
report.az

6Mənbələr