Polşada azərbaycanlı itkin düşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşada yaşayan həmyerlilərimiz məlumat veriblər.
Məlumata əsasən, Gürcüstan vətəndaşı olan Rabit Bakıyev 1 həftə əvvəl fotoda görünən avtomobili ilə birlikdə yoxa çıxarılıb. Bir gündən sonra ailəsi ilə əlaqə saxlaya bilməyib.
Qeyd olunur ki, Rabit Bakıyev Kostrzyn şəhərində dönər dükanı işlədir.
Onu görənlərdən +48 728 084 258 mobil nömrəsinə zəng edib məlumat vermələri xahiş olunur.\\Lent.az