AZ

Sumqayıtda və Abşeron rayonunda oğurluq edən şəxslər saxlanılıb

Bakı. Trend:

Sumqayıt şəhəri və Abşeron rayonunda oğurluq edən şəxslərsaxlanılıb.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu ərazisində yerləşən 6 evdənoğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 1450 manatpul, 8000 manat dəyərində təmir alətləri, qızıl-zinət və məişətəşyalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləritörətməkdə şübhəli bilinən 26 yaşlı S.Hadılı və əvvəllər məhkumolunmuş 28 yaşlı M.Sadıqlı müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Sumqayıt şəhəri ərazisində iki avtomobildənmaqnitofon oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkumolunmuş 48 yaşlı M.Məmmədovun və bir evdən 4200 manat dəyərindəməişət əşyaları oğurlamaqda şübhəli bilinən 22 yaşlı S.Rəcəbovunsaxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Seçilən
42
2
az.trend.az

10Mənbələr