AZ

Bakıda partladıcı və qumbaralar aşkarlandı

Bakı şəhərinin Nəsimi rayonu ərazisində hərbi sursatlar aşkar edilib.

Publika.az FHN-ə istinadla xəbər verir ki, minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Seçilən
75
33
publika.az

10Mənbələr