AZ

Aİ ABŞ-nin qərarından asılı olmayaraq Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı sanksiyaları ləğv etsə belə, Avropa İttifaqı (Aİ) öz sanksiya siyasətini həyata keçirəcək və 16-cı paketi tətbiq edəcək.

hakimiyyet.az-ın rg.ru-ya istinadən məlumatına görə, bunu Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis bildirib.

O bunu "Aİ-nin özünün təhlükəsizlik məsələlərini öz əlinə almalı" olması ilə izah edib və bunun sanksiya siyasətinə də aid olduğunu qeyd edib.

Jurnalistlərin ABŞ atəşkəs müqabilində sanksiyaları ləğv etməyə başlayarsa, Aİ-nin Rusiyaya qarşı sanksiyaları ləğv edib-etməyəcəyi sualına isə Dombrovskis - "Bilirsiniz ki, hazırda 16-cı paket üzərində iş gedir?" - deyə ritorik cavab verib.

Seçilən
10
1
hakimiyyet.az

2Mənbələr