AZ

Yunan adaları daha iki əhəmiyyətli zəlzələ ilə üzləşib

Yanvarın sonundan etibarən seysmik aktivliyin artdığı Yunanıstanın Santorini və Amorgos adaları ərazisində bir saat ərzində təxminən 5 bal gücündə təkanlar baş verib.

QHT.az xəbər verir ki, fevralın 18-də səhər tezdən Santorini və Amorgos adaları arasındakı ərazidə bir saat ərzində iki zəlzələ qeydə alınıb - 5 və 4,9 bal gücündə, onlar Attikada da hiss olunub. Bundan əvvəl səhər saat 5 radələrində eyni ərazidə 4,5 bal gücündə təkan olub. Santorini və Amorgos adaları ərazisində seysmik aktivliyin artması təxminən yanvarın 26-da başlayıb. Böyük zəlzələnin xəbərçisi ola biləcək tez-tez baş verən təkanlar səbəbindən minlərlə turist və sakin adanı tərk edib. Santorinidə məktəblər bağlanıb və fövqəladə hallar xidməti cəlb edilib.

Yunanıstanın Mülki Müdafiə Naziri Vassilis Kikilias, daha güclü zəlzələ zamanı insanların təhlükəsiz şəkildə təxliyyəsini asanlaşdırmaq üçün ölkənin Santorini adasında tezliklə təxliyə limanı quracağını bildirib.

Seçilən
25
6
qht.az

10Mənbələr