Münxen Təhlükəsizlik Konfransı göstərdi ki, Qərb dünyası təhlükəsizlik və demokratiya etalonu deyil.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinə (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.
"61-ci Münxen konfransı bizim çoxdan danışdığımız bir şeyi nümayiş etdirdi. Qərb dünyası çoxdan təhlükəsizlik və demokratiya etalonu olmaq iddiasından belə əl çəkib", - o bildirib.
Diplomatın sözlərinə görə, tədbir mahiyyətcə "Atlantikanın iki sahili arasında höcətləşmə"yə çevrilib.