AZ

Vəzifəsini itirən deputatdan - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. Qurumun Baş Məclisində növbəti 4 il müddət üçün İcraiyyə Komitəsi üzvlərinin adları müəyyənləşib.

News24.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva növbəti 4 il ərzində MOK-un üzvləri arasında olmayacaq.

Mövzu ilə bağlı xanım deputatla əlaqə saxladıq. Deputat uyğun məkanda olmadığını, bu haqda başqa vaxt açıqlama verə biləcəyini deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Ağa Dadaşzadə

Seçilən
40
news24.az

1Mənbələr