Bakı. Trend:
Energetika Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bərpaolunan enerji sahəsində fəaliyyət göstərən yerli şirkətlərinnümayəndələri üçün kiçik həcmli yaşıl enerji istehsalının, başqasözlə aktiv istehlakçının dəstəklənməsi mövzusunda məlumatlandırıcıtədbir keçirilib.
Trendxəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirin əsas məqsədi fiziki və hüquqi şəxslərinöz fərdi bərpa olunan enerji sistemlərini qurmaq və istehsaletdikləri artıq enerjini şəbəkəyə ötürmək imkanları barədəməlumatlılığı artırmaq olub.
Açılış nitqi ilə çıxış edən Bərpa Olunan Enerji Mənbələri DövlətAgentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev yaşıl enerjikeçidinin iqtisadi, sosial və ekoloji cəhətdən vacibliyinivurğulayaraq aktiv istehlakçı modelinin Azərbaycanda bərpa olunanenerjidən istifadənin inkişafına töhfə verəcəyini bildirib. Qeydedilib ki, bu mexanizm vətəndaşların və sahibkarların ölkəmizdəyaşıl enerji istehsalında iştirakını genişləndirərək uzunmüddətliperspektivdə enerji xərclərinin azaldılmasına imkan yaradacaq.
Daha sonra BOEMDA və “Azərişıq” ASC-nin mütəxəssisləri aktivistehlakçının dəstəklənməsi mexanizminin tətbiqinə dairqanunvericiliyin tələbləri, həmçinin texniki məqamlara dairtəqdimatlarla çıxış ediblər. Təqdimatlarda günəş panelləri, küləkturbinləri və digər yaşıl enerji qurğularının quraşdırılması,istehsal edilən artıq enerjinin şəbəkəyə ötürülməsi, tariflər,əvəzləşmə və hesablaşma mexanizmləri barədə geniş məlumatverilib.
Tədbirin davamında iştirakçıların mövzu ilə bağlı suallarıcavablandırılıb, müzakirələr aparılıb və praktik təcrübələrbölüşülüb.
Sonda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA)nümayəndəsi Nigar İsmayılova çıxış edərək JICA-nın Azərbaycandadəstəklədiyi layihələr barədə məlumat verib. Cari məlumatlandırmatədbirinin JICA kiçik qrant layihəsi çərçivəsində təşkil olunduğudiqqətə çatdırılıb.