AZ

"Legion Financial" 1 milyon manat borca girir

"Legion Financial" MMC 1 milyon manat borca girir. 

Valyuta.az xəbər verir ki, lizinq şirkəti hər birinin nominal dəyəri  1000 manat olan 1 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar buraxır. İstiqrazların gəlirliliyi illik 16,5 faiz təşkil edir. İstiqrazların tədavül müddəti 60 ay, kupon ödənişi isə 30 gündə bir dəfə müəyyən edilib. 

Qeyd edək ki, MMC-nin istiqrazları üzrə anderrayter "Unicapital Investisiya Şirkəti" ASC-dir.  

Xatırladaq ki, avtomobil lizinqi ilə məşğul olan "Legion Financial" MMC 2020-ci ildə təsis edilib. Onun qanuni təmsilçisi Böyükağa Mirkamal oğlu Məmmədov, nizamnamə kapitalı isə 3,53 milyon manatdır.

Seçilən
26
valyuta.az

1Mənbələr