AZ

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,2 faiz artıb.

2025-ci ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 547,8 milyon manat təşkil edib ki, onun da 518,7 milyon manatı heyvandarlıq, 29,1 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Operativ Media bu barədə Dövlət Statistika Komitəsinin hesabatına əsasən məlumat verir.

Belə ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,3 faiz, bitkiçilik məhsulları üzrə 20,8 faiz artıb.

Seçilən
15
2
operativmedia.az

3Mənbələr