Ərdəbillli milli fəal Yusif Kari Ərdəbil şəhər Baş və İnqilab Prokurorluğunun 10-cu şöbəsində dindirilib.
Bu barədə insan haqları fəalları məlumat yayıb.
Kari "mübahisə yaratmaqla və müqəddəs şeyləri təhqir etməklə ictimai asayişi pozmaq"da ittiham olunub.
Ailəsinə yaxın mənbənin sözlərinə görə, Yusif Kari ədalətsiz məhkəmə prosesinə etiraz olaraq müdafiə çıxışı etməkdən imtina edib.
Yusif Kari 28 oktyabr 2024-cü ildə həbs edilib və 21 noyabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
O, bundan əvvəl də dinc fəaliyyətlərinə görə bir neçə dəfə həbs cəzasına məhkum olunub.
visiontv.az