ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin növbəti həftə ərzində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşə bilər.
Viral.az xəbər verir ki, bu barədə iddia ilə “Bloomberg“ çıxış edib.
Bildirilib ki, həmin tarixə qədər onlar arasındakı müzakirələr üçün zəmin hazırlanacaq, daha sonra isə həmin tarixi danışıqlar baş tutacaq.
Son Yazılar:
- Tramp və Putin növbəti həftə Ər-Riyadda görüşə BİLƏR
- Dövlət başçısı Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış oldu
- Azərbaycanla Gürcüstan arasında sərnişindaşıma bərpa edilir
Bu arada ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Brüs deyib ki, Mark Rubionun son günlərdə apardığı müzakirələr rəsmi Moskvanın niyyətində səmimi olub-olmadığını müəyyənləşdirmək məqsədi daşıyır.
Qeyd edək ki bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin iştirakı olmadan aparılan istənilən danışıqların nəticələrini tanımayacağını açıqlayıb (APA).