AZ

Asiya İnkişaf Bankı ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru xanım Sunniya Durrani-Camal ilə keçirdiyimiz görüşdə ölkəmiz üçün ortamüddətli dövrdə sosial-iqtisadi inkişaf və investisiyaların təşviqi üzrə prioritetləri və AİB-nin Ölkə Tərəfdaşlıq Strategiyasının (2025-2029) əhatə edəcəyi sahələri nəzərdən keçirdik.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Qarşıdakı dövrdə AİB-lə əməkdaşlığın əsas istiqamətlərini dayanıqlı, şaxələndirilmiş iqtisadiyyata və yaşıl artıma dəstək, özəl sektorun gücləndirilməsi, insan kapitalının inkişafı, rəqəmsallaşma və iqlim çağırışlarına uyğun biznes həllərinin stimullaşdırılması təşkil edəcək" - nazir əlavə edib.

Seçilən
36
3
vergiler.az

6Mənbələr