AZ

PRAYK-mağaza açın və ya xidmətlərinizi təklif edin

Azərbaycanda bizneslərlə müştərilər arasında şəffaf əlaqə yaratmağı hədəfləyən yeni layihə - PRAYK yaradılıb.

Bu yeni, uğurlu layihədə siz də iştirak edə, satışlarınızı artıra və yeni müştərilər tapa bilərsiniz. Bunun üçün isə sadəcə layihəyə qoşulmaq kifayətdir.

PRAYK yaxın zamanda sosial şəbəkəyə çevriləcək. Burada yalnız faydalı reklamlar və həyat üçün lazımlı “reels” videolar yer alacaq. Bundan əlavə, PRAYK AI köməkçisi hazırlanır. Bu funksiya müştərilərə ən yaxşı təklifləri tez tapmağa kömək edəcək, bizneslərə isə məhsullarını axtaran müştərilərə çatmağa imkan verəcək.

PRAYK-da qeydiyyatdan keçməklə alıcılar öz tələblərini yerləşdirə bilir, satıcılar və xidmətgöstərənlər isə vasitəçilərsiz və gizli ödənişlərsiz birbaşa təkliflər göndərə bilirlər.

Müştərilərin bu platformanı seçmələri üçün bir çox səbəbləri var. Onlar aşağıdakılardır:

Ödənişsiz yerləşdirmə – nə reklam, nə də abunə haqqı tələb olunur;

Vasitəçilərsiz – müştərilərlə birbaşa əlaqə;

Düzgün və şəffaf satış – yalnız sizin məhsul, sizin xidmət və sizin qiymət;

Sürətli sifarişlər – müştəriləri asanlıqla tapmaq imkanı;

Xüsusi kataloq və onlayn mağaza – məhsul və xidmətlərin müştərilər üçün ödənişsiz, xüsusi fərdi kataloq şəklində təqdim edilməsi, fərdi internet mağazasının yaradılması.

PRAYK mağaza sahibləri və ticarət fəaliyyəti ilə məşğul olanlar, usta və xidmət göstərən şəxslər, eləcə də satışlarını artırmaq istəyən kiçik, orta və böyük bizneslər üçün idealdır.

Seçilən
11
6
publika.az

7Mənbələr