AZ

Elnur Məmmədli: "Seçildiyim üçün çox xoşbəxtəm"

Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin üzvü seçildiyim üçün çox xoşbəxtəm. 

Bu sözləri News24.az-a cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli deyib.

E.Məmmədli Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

“İclasda sonra MOK-un birinci vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyevlə görüşdük. Müzakirə zamanı bildirildi ki, bütün tədbirlərə, iclaslara vacib mövzularla gələcəyik, əsaslı fikirlərlə gələcəyik. Təbii ki, Azərbaycan idmanın inkişafını sürətləndirmək üçün əlimizdən gələni edəcəyik. Qarşıda 4 ildə "Las-Veqas-2028" üçün tədbirlər görüləcək ki, bizim idmançılarımız layiqincə bizi təmsil etsinlər. İnşəallah, yeni və müasir layihələr üzərində işləyəcəyik. Əsas məqsəd budur ki, uğur və nailiyyətlər daha da çox olsun”, - deyə o qeyd edib.


Ağa Dadaşzadə


Seçilən
30
news24.az

1Mənbələr