Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü gələn həftə çətin baş tutsun, lakin bunun üçün şərtlər müzakirə olunub.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onların görüşünün təşkili üçün iki ölkənin nümayəndə heyətlərinin sıx işi lazımdır.
"Biz razılaşdıq ki, Rusiya və ABŞ danışıqlar qrupları Ukrayna üzrə təmaslara girəcəklər. Rusiya Prezidenti Vladimir Putin özü qərar verəcək ki, ABŞ ilə Ukrayna üzrə əlaqələr nə vaxt başlayacaq", - o qeyd edib.
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin gələn həftə görüşə bilər.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat yayıb.
"Ər-Riyadda aparılan danışıqlar iki liderin sammitinin ən tezi gələn həftə keçirilməsinə gətirib çıxara bilər", - o qeyd edib.
Xatırladaq ki, iki ölkənin nümayəndə heyətlərinin danışıqları bu gün Ər-Riyadda keçirilir.