Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Day.Az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, bununla bağlı NİİM-in əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
"Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda qeyd olunub.